G7 ölkələri Ukraynaya 50 milyard dollar kredit ayıracaqlarını açıqlayıblarbackend

G7 ölkələri Ukraynaya 50 milyard dollar kredit ayıracaqlarını açıqlayıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeddilik Qrupu (G7) ölkələri oktyabrın 25-də Rusiyanın dondurulmuş aktivləri hesabına ödəniləcək Ukraynaya 50 milyard dollarlıq birgə kreditə töhfələrini açıqlayacaq.

Editor.az xəbər verir ki, bu barədə Avropa komissarı Didye Reynders məlumat verib.

Reynders Avropa Parlamentinin Baş Assambleyasının iclasında mövzu ilə bağlı açıqlama verib. “Bu həftənin sonunda, oktyabrın 25-də Vaşinqtonda G7 tərəfdaşları öz töhfələrini elan edəcəklər”.

Oktyabrın 19-da “Financial Times” ABŞ-ın G7 krediti çərçivəsində Ukraynaya 20 milyard dollara qədər (40%) verməyə hazır olduğunu yazıb. Bu kredit dondurulmuş Rusiya aktivlərindən əldə edilən mənfəət hesabına ödəniləcək.

//Gülnarə Abasova, Editor.az