G7 ölkələrinin bu həftə Rusiyaya sanksiya tətbiq etməyəcəyi açıqlandıbackend

G7 ölkələrinin bu həftə Rusiyaya sanksiya tətbiq etməyəcəyi açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

G7 ölkələrinin liderləri böyük ehtimalla bu həftə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyəcək, lakin mövcud sanksiyaların sərtləşdirilməsinə çağıracaqlar.

Editor.az bu barədə “Politico”ya istinadla yazır.

“Liderlərin Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləmələri gözlənilmir, lakin onlar sanksiyaların üçüncü ölkələr tərəfindən yayındırılmasının qarşısını almaq üçün mövcud sistemin əhəmiyyətli dərəcədə sərtləşdirilməsinə çağıracaqlar”, – nəşr yazır. Həmçinin G7 liderlərinin Ukraynaya dəstək məqsədilə Qərbdə dondurulmuş Rusiya aktivlərindən istifadə etmək üçün heç bir ciddi tədbir elan etməyəcəkləri açıqlanıb. Qəzetin yazdığına görə, Avropa Birliyi ölkələri hələ də bu ideyanı tam dəstəkləmir.

Blokun diplomatlarından biri aktivlərin istifadəsi məsələsinin mürəkkəb olduğunu və onun qiymətləndirilməsinin “ilkin mərhələdə” olduğunu bildirib.

//Gülnarə Abasova, Editor.az