G7 Rusiya qazının qiymətlərini məhdudlaşdırmağa çalışır – Bloombergbackend

G7 Rusiya qazının qiymətlərini məhdudlaşdırmağa çalışır – Bloomberg

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

G7 liderləri bir tərəfdən Moskvanın gəlirlərini məhdudlaşdırmaq istəsə də digər tərəfdən Avropa iqtisadiyyatını  qorumağa çalışır. Editor.az xəbər verir ki, bu barədə Bloomberg nəşri yazır.

Qeyd olunur ki, Sammitin yekunlarına dair kommünikedə Rusiyadan gələn neftin qiymətini məhdudlaşdıracaq mexanizmdən danışılacaq. Bildirilib ki, G7 liderləri artan enerji qiymətləri, Rusiya neft və qazının dəyişdirilməsi məsələsi, həmçinin sanksiyaları müzakirə edəcəklər. Bununla əlaqədar olaraq, onlar Kremlin gəlirlərini azaltmaq və digər iqtisadiyyatları qorumaq üçün Rusiya Federasiyasından neft ixracında mümkün qiymət endirimini nəzərdən keçirirlər.

Bundan əlavə, G7 liderləri dayanmış danışıqların qarşısındakı maneəni aradan qaldırmaq üçün İranın nüvə proqramı üzrə danışıqlarının bərpası imkanlarını da müzakirə edəcəklər.

//Gülnarə Abasova, Editor.az