G7 ölkələri Ukraynaya dəstək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə ilə bağlı konsensusa hələ çatmayıb.
Editor.az xəbər verir ki, bu barədə Yaponiyanın maliyyə naziri Şuniçi Suzuki məlumat verib. Rio-de-Janeyroda G7 maliyyə nazirləri ilə mərkəzi banklar arasında keçirilən görüşlərə qatılan Suzuki bu dəfə Rusiya aktivləri ilə bağlı heç bir qərar verilmədiyini qeyd edib. O, G7 ölkələrinin müzakirəni davam etdirəcəyini vurğulayıb.
Daha əvvəl bildirilmişdi ki, Avropa Komissiyası Kiyev üçün kredit təklifi hazırlayır. Onlar Rusiya Federasiyasının dondurulmuş aktivlərindən Ukraynaya 50 milyard dollar ödəmək istəyirlər və təklif olunan mexanizm Avropa İttifaqı büdcəsinin təminatlarına əsaslanacaq.
Hollandiya Xarici İşlər Nazirliyi bildirib ki, Amsterdam Rusiya Federasiyasını Ukraynaya təzminat ödəməyə məcbur etmək üçün hazırlanmış mexanizm yaradacaq.
//Gülnarə Abasova, Editor.az

