G7 sammitində Putini ələ saldılar: Biz də soyunaqmı?backend

G7 sammitində Putini ələ saldılar: Biz də soyunaqmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada keçirilən G7 sammitinin ümumi iclasının əvvəlində Böyük Britaniyanın baş naziri Boris Conson Rusiya prezidenti Vladimir Putini ələ salıb.

Belə ki, o, Rusiya Federasiyasının prezidenti Putinin yarıçılpaq fotosuna eyhamla, “kişilik” nümayiş etdirmək üçün zarafatla hamının soyunmasının lazım olub-olmadığını soruşub. Editor.az xəbər verir ki, hadisəni əks etdirən video AFP Twitter-də yayılıb. Jurnalistlər Böyük Britaniyanın baş nazirinin Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, ABŞ və Aİ liderləri ilə birlikdə dəyirmi masa arxasında necə oturduğunu lentə alıblar.

Bu zaman Consonun sualı eşidilir: “Pencəklə? Pencəksiz? Soyunuruqmu?” Bu söhbətləri BBC AFP müxbirinə istinadən bildirir. Kanadanın baş naziri Castin Trüdo cavab verib ki, daha yaxşı olar ki, birgə rəsmi fotoşəkili gözləyəsən, bundan sonra üst paltarını çıxararsan. “Ancaq biz Putindən daha sərt olduğumuzu göstərməliyik” – Conson deyib. Cavab olaraq Trüdo Putinin 2009-cu ildə qlobal mem halına gələn Tuva Respublikasında açıq havada çəkdirdiyi rəsmi fotosessiyasını nəzərdə tutaraq, “at üstündə çılpaq gövdə nümayişi” etmək təklifini verib. Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, həmkarlarının təklif etdiyi uniforma haqqında şərh vermədən, “At sürmək dünyanın ən yaxşı işidir” – deyib. Sonda dünya liderləri pencəklərində şəkil çəkdirib və mətbuat olmadan görüşü davam etdiriblər.

  Editor.az