“Gec, ya tez Zəngəzur koridoru Azərbaycanın tələb etdiyi şərtlər əsasında açılacaq”-ŞƏRHbackend

“Gec, ya tez Zəngəzur koridoru Azərbaycanın tələb etdiyi şərtlər əsasında açılacaq”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan öz ərazi bütövlüyünü təmin etdikdən və Dövlət Suverenliyinin tam bərpasından sonra Zəngəzur koridoru regionun inkişafı, təhlükəsizliyi və davamlı sülhün təmini üçün olduqca vacib coğrafiya olaraq ortaya çıxıb.Təəssüf ki, Cənubi Qafqazda sabitlik və inkişafı istəməyən, öz ölkələrinin maraqlarını təmin etməyə çalışan region və regiondan kənar qüvvələr Zəngəzur koridoru məsələsində də pozucu mövqelərini davam etdirməkdədir. Maraqlı və düşündürücüdür ki, bu məsələdə, hətta bir-birilə daban-dabana zidd siyasət aparan ölkələr Zəngəzur koridoru məsələsində birləşirlər. Xüsusilə, ABŞ, Fransa və İranın mövqeləri maraq doğurur”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

Onun sözlərinə görə, ABŞ və Fransa kimi ölkələrin taktikaları sadədir:

“Əgər oyun qurucu ola bilmirsənsə, oyun pozucu ol. İş orasındadır ki,bu ölkələr Cənubi Qafqazda oyunpozuculuq missiyasını İran vasitəsilə həyata keçirməyə çalışırlar. Əslində İranın, Zəngəzur koridorunu özünün qırmızı cizgisi elan etməsi region ölkələrinin deyil, regiondan xaric ölkələrinin maraqlarına xidmət edir.

Sözdə qonşuluq prinsiplərindən, din təəssübkeşliyindən danışan İran rejimi əməldə tam əksinə hərəkət edir. Zəngəzur koridorunun açılacağı təqdirdə Azərbaycanın regionda tək güc olacağı, Orta Asiyadan Balkan bölgəsinə qədər böyük bir coğrafiyada Mərkəz ölkə halına gələcəyi bir çoxlarının yuxusuna haram qatıb. Amma gec, ya da tez Zəngəzur koridoru Azərbaycanın tələb etdiyi şərtlər əsasında açılacaq “.

//Gülnarə Abasova, Editor.az