Gecə baş verən zəncirvari qəzanın ANBAAN GÖRÜNTÜSÜbackend

Gecə baş verən zəncirvari qəzanın ANBAAN GÖRÜNTÜSÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gecə baş verən zəncirvari qəzanın görüntüləri yayılıb.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kameralarının qeydə aldığı bu yol-nəqliyyat hadisələri gecə saatlarında baş verib. Paytaxtın Rəşid Behbudov küçəsindəki qəza zamanı 1 ədəd müşahidə kamerası və onun idarəetmə qutusuna zərər dəyib. Digər, 8 Noyabr prospektinin Xəqani Rüstəmov küçəsi ilə kəsişməsində qeydə alınan qəza zamanı isə 1 ədəd svetofor dirəyi yarasız hala düşüb. Hazırda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə həmin svetoforun yenisi ilə əvəzlənməsi işləri aparılır. Sürücülərdən yol nişanlarının tələblərinə və sürət həddinə əməl etmələri xahiş olunur.