Gecə işləməyin zərərlərindən sağlamlığı necə qorumaq olar?backend

Gecə işləməyin zərərlərindən sağlamlığı necə qorumaq olar?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Melatonin əlavələri gecə növbəsində işləmək nəticəsində yaranan DNT zədəsini bərpa etməyə kömək edir, bədənin bərpası qabiliyyətini artırır və xərçəng riskini azaldır.

Editor.az xəbər verir ki, tədqiqatın nəticələri Occupational and Environmental Medicine (OEM) jurnalında dərc olunub. Alimlər gecə növbəsində işləyən insanlarda bioloji saatı tənzimləyən melatonin hormonunun normal istehsalının boğulduğunu açıqlayıblar. Bu, normal hüceyrə proseslərinin əlavə məhsulu olan DNT-nin oksidləşdirici zədələnməsini bərpa etmək qabiliyyətini pozur və bəzi xərçəng növlərinin riskini artırır. Elm adamları melatonin əlavələrinin bu zərəri kompensasiya etməyə kömək edə biləcəyini deyiblər. Onların tərkibində adaptogen, sakitləşdirici və hipnotik təsir göstərən bu hormonun sintetik analoqu var. Bunun üçün onlar 40 könüllü ilə təcrübə aparıblar. İştirakçıların yarısına dörd həftə ərzində yemək zamanı və yatmadan bir saat əvvəl gündəlik üç mq melatonin qəbul etmələri tapşırılıb. Digər yarısına plasebo verilib Bütün iştirakçılar ən azı altı ay hər həftə ən azı iki gecə növbəsi işləmişdir. Onların heç birində yuxu pozğunluğu və ya xroniki xəstəlik olmayıb.

//Gülnarə Abasova, Editor.az