Gecə klubunda damın uçması nəticəsində ölənlərin sayı 184 nəfərə çatıbbackend

Gecə klubunda damın uçması nəticəsində ölənlərin sayı 184 nəfərə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dominikan Respublikasının paytaxtı Santo Dominqoda damın uçması nəticəsində ölənlərin sayı 184 nəfərə çatıb.

Bu barədə Fövqəladə Əməliyyatlar Xidmətinin rəhbəri Xuan Manuel Mendesə istinadən “Diario Libre” qəzeti məlumat yayıb. Təhlükəsizlik əməkdaşları dağıntılar altında qalan insanları xilas etmək üçün davamlı olaraq çalışır. Mendez bildirib ki, səlahiyyətlilər dağıntılar altında qala biləcək yaxınlarını tapmaq üçün vətəndaşlardan kömək istəyən zəngləri qəbul etməyi dayandırana qədər axtarış-xilasetmə işləri davam edəcək. Bundan əvvəl 124 nəfərin öldüyü bildirilirdi.

Xatırladaq ki, aprelin 8-də Santo Dominqoda “Jet Set” gecə klubunun damının bir hissəsi müğənni Rubbi Peresin çıxışı zamanı çöküb. Çoxlu tamaşaçılar və ifaçının özü uzun müddət dağıntılar altında qalıb. Ən azı 500 nəfər yaralanıb. Ölkə prezidenti Luis Abinader üç günlük matəm elan edib.

//Samir Qurbanov, Editor.az