Ötən gecə Bakıda ağır yol qəzası baş verib.
saat 01 radələrində Abşeron rayonu Məmmədli kəndindən Sabunçu rayonu Kürdəxanı qəsəbəsi istiqamətində hərəkətdə olan 2000-ci il təvəllüdlü Vəliyev Cəmaləddin Şahlar oğlunun idarə etdiyi “Azsamand” markalı, 99 BK 556 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə 90 ZL 058 nömrə nişanlı “Mercedes” toqquşub.
Nəticədə 21 yaşlı C.Vəliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. “Mercedes”də olan 4 nəfər isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Bildirilib ki, qəzaya uğrayan avtomobillərin ikisi də taksi fəaliyyəti ilə məşğul olub. Hadisəyə sutkanın qaranlıq vaxtı sürət həddinin düzgün seçilməməsi və manevr qaydalarının pozulmasının səbəb olduğu qeyd edilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Abşeron rayonunun Məmmədli kəndində “AzSamand” və “Mercedes” markalı iki minik avtomobili toqquşub.
Fövqəladə Hallar Nazirliyindən Editor.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Xususi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 2000-ci il təvəllüdlü Vəliyev Cəmaləddin Şahlar oğlunun meyitini deformasiyaya uğrayan “AzSamand” markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Publika.az

