Gecə saatlarında dəhşət: 17 yaşlı qız kirayə yaşadığı evdə…backend

Gecə saatlarında dəhşət: 17 yaşlı qız kirayə yaşadığı evdə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaxda 17 yaşlı qız kirayə yaşadığı evdə qətlə yetirilib.

Editor.az APA-ya istinadən bildirir ki, hadisə bu gün axşam saat 18 radələrində şəhərin Cavanşir Rəhimov küçəsi, ev 5 ünvanında baş verib.

Həmin evdə kirayə yaşayan 2005-ci il təvəllüdlü Albina Papiaşvili Aliqoşayevina naməlum şəxs və ya şəxslər tərəfindən bıcaqlanaraq qətlə yetirilib.

Meyit müayinə edilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Qax rayon şöbəsinə təhvil verilib. Hazırda qətli törədən şəxs və ya şəxslərin axtarışı davam edir.

Faktla bağlı Qax rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.