“Gecə yatdım, 3 dəfə oyandım, instaqramıma baxdım, gördüm ki…”backend

“Gecə yatdım, 3 dəfə oyandım, instaqramıma baxdım, gördüm ki…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar artist Dilarə Əliyeva instaqram hesabı açmağından danışıb.

Editor.az  olay-a istinadla xəbər verir ki, o, səhifəsində paylaşdığı videoda söz açıb:

“Çoxdan instaqramda idim. Başqa səhifələrdə görürdüm paylaşırdılar, şərhlər yazırdılar. “Söhbət var”ın instaqram hesabından izləyirdim. İzləyicilərin mənə olan marağını görürdüm, əslində, mənim də marağım var idi. Fikirləşirdim ki, instaqrama gələrəm, kimsə xoş söz yazar, cavab yazmaram, mənim ona diqqətsizliyim olar. Sonra anladım ki, burada bu nüanslar o qədər də vacib deyil. Əsas odur, mən şərhləri oxuyuram, oxuyacağam, maraqlı paylaşımlarım da olacaq.

Pərviz, sənə güvənirəm, səninlə izləyiciləri təəccübləndirəcəyik. İnstaqrama gəlmək məni çox həyəcanlandırdı. Gecə yatdım, 3 dəfə oyandım, instaqramıma baxdım. Gördüm, artım gedir. Amma artıma ehtiyac var. İnanıram ki, artacaq. Gərək, mən də boş durmayım, yaxşı paylaşımlar edim. İnanılmaz həyəcanlıyam. Rahat şəkildə, instaqram izləyicilərim deyə bilirəm. İnşallah ki, dostum olarsınız”.