Gecələr küçəyə çıxmayın! – Diaspordan həmvətənlərə XƏBƏRDARLIQbackend

Gecələr küçəyə çıxmayın! – Diaspordan həmvətənlərə XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada olan tacik diasporu Tacikistan vətəndaşlarına axşamlar evlərini tərk etməməyi tövsiyə edib.

Editor.az lent.az-a istinadla xəbər verir ki, tacik icmalarının rəhbərləri həmvətənlər üçün tövsiyələr hazırlayıblar. Onlara ictimai tədbirlərdə iştirak etməmək və axşam işdən sonra evdən çıxmamaq tapşırılıb.

Həmçinin, bir sıra işəgötürənlər öz işçiləri olan Tacikistan vətəndaşlarından cari şəxsi məlumatları – tam adı, pasport məlumatları və yaşayış yeri haqqında məlumatları təqdim etməyi xahiş ediblər.

Eyni zamanda, “Crocus”da baş verən terror aktından sonra diaspor rəhbərlərinə Tacikistan vətəndaşlarına qarşı qanunsuz hərəkətlərlə bağlı heç bir şikayət daxil olmayıb.