Gələcəyi sual altında olan ERMƏNİSTAN:” Paşinyan Rusiyaya növbəti  zərbəni vurmağı planlaşdırır”backend

Gələcəyi sual altında olan ERMƏNİSTAN:” Paşinyan Rusiyaya növbəti  zərbəni vurmağı planlaşdırır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlumat verildiyi kimi, aprel ayının 23-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınaraq diversantlar geri çəkilməyə məcbur edilib.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildirilib ki, Ermənistan silahlı qüvvələrinin təxribat-diversiya qrupunun üzvü, hərbi qulluqçu Matirosov Eduard Arturoviç Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Mövzu ilə bağlı Editor.az-a danışan siyasi şərhçi Tural İsmayılov bildirib ki, baş verən son hadisələr  Ermənistanın müstəqil dövlət olmadığını sübut edir:

“Bu ölkənin sülhlə bağlı verdiyi bəyanatların heç bir real mahiyyəti yoxdur. Ümumiyyətlə, regionda sülh və etimaddan danışılan bir vaxtda Azərbaycanın qalib tərəf kimi şərtləri diktə etdiyi və  irəli sürdüyü 5 maddəlik sülh təklifinin qəbul olunduğu bir şəraitdə Zəngilana diversant göndərmək Ermənistan hakimiyyətinin növbəti ikiüzlü mahiyyətini ortaya qoyur. Paşinyanın Moskva səfərindən sonra baş verən bu hadisədə Rusiyanın əli görünür. Həm Qərb, həm də Rusiya Paşinyanın nə qədər qeyri-səmimi və ikiüzlü bir siyasətçi olduğunu yaxşı dərk edir. Ola bilsin ki, bu addımlarla Paşinyan Avropa İttifaqı Şurasına Rusiyanın vasitəçiliyi ilə danışıqların olmayacağını çatdırmaqla Rusiyaya növbəti  zərbəni vurmağı planlaşdırır”.

Siyasi analitikin sözlərinə görə, Ermənistan Brüsseldə əldə olunan müəyyən razılaşmalardan sonra yenidən sərhəddə təxribat törətməklə ölkənin təhlükədə olması ilə bağlı saxta dezinformasiya şousu yaratmağa çalışır:

“Son hadisələr göstərir ki, biz sülh və etimaddan danışsaq da heçvaxt Ermənistana güvənməməliyik. Hesab edirəm ki, baş verən proseslər hər zaman məğlub olan, növbəti dəfə öz imicini itirmiş və gələcəyi də sual işarəsi altında olan Ermənistanın özünə zərbədir”.

//Gülnarə Abasova, Editor.az