Kiyev gələn həftə ABŞ-a Ukraynanın mineral ehtiyatlarına çıxış imkanı verəcək yeni saziş layihəsi üzrə danışıqlara başlamaq üçün Vaşinqtona nümayəndə heyəti göndərəcək.
Bu barədə “Associated Press” agentliyinə Ukrayna baş nazirinin birinci müavini və iqtisadiyyat naziri Yuliya Svırıdenko məlumat verib. Onun sözlərinə görə, Ukraynanı bir sıra nazirliklərin – iqtisadiyyat, maliyyə, xarici işlər və ədliyyənin əməkdaşları təmsil edəcək. ABŞ-ın təqdim etdiyi yeni layihə Amerika tərəfinin “fond yaratmaq və ya birgə investisiya yatırmaq” istəyini nümayiş etdirir”, – Sviridenko bildirib. O vurğulayıb ki, sənəd indiyədək yalnız bir tərəfin – Vaşinqtonun mövqeyini əks etdirir; bu, “son versiya deyil, ortaq mövqe deyil”.
Baş nazirin birinci müavini hesab edir ki, memorandumun əvvəlki variantı üzərində iş onu göstərdi ki, Kiyev və Vaşinqton “hər iki tərəf üçün məqbul şərtlərlə razılaşmağa qadirdir”. Müqavilənin tam şərtləri onlayn müzakirə edilə bilməz; Ukrayna komandası “söhbəti şəxsən davam etdirmək üçün” ABŞ-a gedir”, o əlavə edib.
//Samir Qurbanov, Editor.az