Gələn həftə Ukrayna üçün həlledici olacaq – Avropa Komissiyasının sədri Ursula fon der Leyenbackend

Gələn həftə Ukrayna üçün həlledici olacaq – Avropa Komissiyasının sədri Ursula fon der Leyen

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Komissiyasının sədri Ursula fon der Leyen gələn həftənin Ukraynadakı münaqişənin həllində “həlledici ” olacağını bildirib: “Bizi birləşdirən odur ki, biz ədalətli və davamlı sülh istəyirik və mən bilirəm ki, siz bu müharibənin sona çatmasında nə qədər əmək sərf edirsiniz.

İndi, əlbəttə ki, hər şeyi irəli aparmağımız vacibdir və düşünürəm ki, gələn həftə həlledici olacaq”, – deyə xanım fon der Leyen İtaliyanın Baş naziri Giorgia Meloni və ABŞ vitse-prezidenti J.D.Vans ilə görüşdə deyib.

Qeyd edək ki, bazar ertəsi, mayın 19-da ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinə zəng etmək niyyətindədir. ABŞ prezidenti deyib ki, söhbətin mövzuları arasında Ukraynadakı münaqişə (Tramp bunu “qanlı qırğın” adlandırıb) və ticarət olacaq. Bundan əlavə, o, Ukrayna prezidenti Vladimir Zelenski ilə, ondan sonra isə NATO üzvləri ilə telefon danışığını açıqlayıb.

//Samir Qurbanov, Editor.az