“Gələn il sosial istiqamətə ayrılan vəsaitin həcmində ciddi artımlar olacaq”- Millət vəkili ŞƏRH EDİRbackend

“Gələn il sosial istiqamətə ayrılan vəsaitin həcmində ciddi artımlar olacaq”- Millət vəkili ŞƏRH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“2023-cü ildə sosial istiqamətlərə ayrılan vəsaitlərin həcmində artımlar olacaq. Nəzərə alsaq ki, 2020-ci il dövlət büdcəsindən bu istiqamətdə 15 milyard 218 min vəsaitin ayrılması nəzərdə tutulub. Bu da təbii ki, sosial istiqamətə ayrılan vəsaitin ümumi büdcə xərclərinin payının 45.6 faiz olması anlamına gəlir. 2023-cü ildə büdcədən ayrılan hər 100 manatın 46 manatı sosial istiqamətə xərclənəcək”.

Bu sözləri Editor.az-a Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

 

Millət vəkili bildirib ki, bu konteksdə 2023-cü il üçün dövlətin əsas prioritetlərindən biri sosial təminatın daha da gücləndirilməsidir:

“Eyni zamanda növbəti il süni qiymət artımına qarşı mübarizənin də gücləndirilməsi istiqamətində daha ciddi addımların atılması növbəti il gözlənilir. Mərkəzi Bank və digər dövlət qurumları tərəfindən inflyasiyanın tənzimlənməsi ilə bağlı tədbirlərin genişləndirilməsinə ehtiyac var. Bu konteksdə sözsüz ki, həm pensiya və əmək haqlarının artırılması ilə yanaşı qiymətlərin tənzimlənməsi ilə də bağlı tədbirlərin genişləndirilməsi vacibdir”.

//Gülnarə Abasova, Editor.az