Gələn il Ukrayna üçün daha çətin olacaq – “Tavriya” əməliyyat-strateji qoşun qrupunun komandiribackend

Gələn il Ukrayna üçün daha çətin olacaq – “Tavriya” əməliyyat-strateji qoşun qrupunun komandiri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2024-cü il Ukrayna üçün indiki ilə müqayisədə daha çətin olacaq.

Editor.az xəbər verir ki, bunu dekabrın 27-də Ukrayna Hərbi Hava Qüvvələrinə müsahibəsində “Tavriya” əməliyyat-strateji qoşun qrupunun komandiri Aleksandr Tarnavski deyib.

“Düşünürəm ki, gələn il yəqin ki, daha da çətin olacaq. Ona görə də biz müharibəni başa vurub ərazilərimizi azad etməliyik. Və bu vəzifə biz sərhədlərimizə çatmağa yaxınlaşdıqca, daha da çətinləşəcək”.

Düşmən bunu bilir və hər şeyi edəcək ki, biz bu tapşırığı yerinə yetirməyək. Ona görə də, necə deyərlər, bizə uğurlar olsun, onlara isə…,onlar öz seçimini ediblər. Ona görə yenə də deyirəm ki, il çətin olacaq”, – Tarnavski vurğulayıb.

O, həmçinin qeyd edib ki, müharibəyə müxtəlif yollarla son qoymaq olar. Lakin Ukrayna hərbçilərinin qarşısında duran vəzifə qalib gəlməkdir.

//Samir Qurbanov, Editor.az