Gəmi körpüyə çırpıldı, avtomobillər suya düşüdübackend

Gəmi körpüyə çırpıldı, avtomobillər suya düşüdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin Quançjou şəhərində gəminin çırpılması nəticəsində körpü dağılıb.

Editor.az “Sinxua” agentliyinə istinadən xəbər verir ki, çökmə nəticəsində bir neçə avtomobil suya düşüb, maddi ziyan hesablanır.

Ölənlər barədə məlumat yoxdur. Quançjou təhlükəsizlik xidmətinin məlumatına görə, fevralın 22-də yerli vaxtla saat 5:30-da boş konteyner gəmisi Lixinşa körpüsünün ara dayağına çırpılıb. Körpüdən keçən nəqliyyatın hərəkəti dayandırılıb.

“Yerli Penpai” portalının məlumatına görə, suya düşən avtomobillər arasında içərisində yalnız sürücü olan bir avtobus olub. Hadisə yerində xilasedicilər və dalğıclar işləyir. “Mash” Telegram kanalı hadisənin olduğu iddia edilən səhnənin əks olunduğu video yayımlayıb. Körpünün bir aşırımının tamamilə dağıldığı görünür.

//Samir Qurbanov, Editor.az