Gənc atanın törətdiyi qətl hər kəsi şoka saldı – 6 yaşılı oğlunu bıçaqlayaraq öldürdü FOTO/ VİDEObackend

Gənc atanın törətdiyi qətl hər kəsi şoka saldı – 6 yaşılı oğlunu bıçaqlayaraq öldürdü FOTO/ VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulda tükürpədici qətl hadisəsi baş verib.

Musavat.com xəbər verir ki, ata 6 yaşlı oğlunu bıçaqlayaraq öldürüb.

Hadisə İstanbulun Bahçelievler səmtində baş verib. Ata övladını öldürdükdən sonra intihara da cəhd edib.

İddiaya görə, ağlını itirmiş xarici vətəndaş Aslan P. 6 yaşlı oğlu Devran P.-ni evdə bıçaqla qətlə yetirib. Aslan P. daha sonra eyni bıçaqla intihara cəhd edib. Ana evə gələndə dəhşətli mənzərə ilə qarşılaşıb. Hadisə yerinə polis və tibb işçiləri göndərilib. Xəsarət alan Aslan P. xəstəxanaya aparılıb.

Polis binanın ətrafında və mənzildə araşdırma aparıb. Oğlunu öldürən ata ilə daim görüşdüklərini  deyən məhəllə sakinlərindən biri hadisə ilə bağlı danışıb.

Atanın normalda oğlu ilə çox maraqlandığını ifadə edən məhəllə sakini bunları deyib: “Onlar burada kirayədə yaşayırlar.

Normalda belə adam deyildi. Sakit, alicənab biri idi. Hər gün bizə gəlib söhbət edirdi. Uşağı ilə də çox maraqlanırdı, bunun şahidi olurdum. Hadisədən sonra həyat yoldaşı gəlib polisə xəbər verib. O da evdə öz boğazını kəsib.Bildiyim qədəriylə, onların maliyyə problemləri var idi”.

Xəbəri aldıqdan sonra hadisə yerinə gələn bəzi qohumlar da şok keçirib. Lazımı prosedurlar başa çatdıqdan sonra 6 yaşlı uşağın cansız bədəni morqa aparılıb.