Gənc boksçu yarış zamanı ölübbackend

Gənc boksçu yarış zamanı ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Döyüş zamanı gənc oğlan yıxılıb. Çempionatın keçirildiyi “Batır” idman kompleksinin tibb işçiləri tərəfindən ona ilkin tibbi yardım göstərilib.

Lakin təcili tibbi yardım maşını yeniyetməni xilas edə bilməyib və onun öldüyü məlum olub. Gənc döyüşçünün məşqçisi daha əvvəl idmançının səhhətinin normal olduğu barədə tibbi arayışla yarışa ərizə verib. İstintaq başlayıb, bütün hallar aydınlaşdırılır.

Nomad MMA federasiyasının Manqistau vilayəti üzrə nümayəndələri mərhum idmançının ailəsinə başsağlığı verib. Aktauda keçirilən çempionatda ümumilikdə bütün yaş qruplarından 300-ə yaxın idmançı iştirak edib və martın 30-u və 31-də baş tutub.

//Samir Qurbanov, Editor.az