Gənc Krım sakinləri kütləvi şəkildə Ukrayna pasportu alırlarbackend

Gənc Krım sakinləri kütləvi şəkildə Ukrayna pasportu alırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Krım Muxtar Respublikasının 19-25 yaşlı gənc sakinləri Ukrayna vətəndaşı pasportlarını almaq üçün kütləvi şəkildə materik Ukraynaya gəlməyə başlayıblar.

Editor.az bildirir ki, bu barədə Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərinin Reinteqrasiyası Nazirliyi sentyabrın 22-də Dövlət Miqrasiya Xidmətinin məlumatlarına istinadən məlumat yayıb.

“Ukrayna hökumətinin nəzarətində olan ərazilərə çatmaq üçün krımlılar çətin yollardan keçirlər: onlar işğalçı ölkənin sərhədlərindən keçərək əllərində yalnız doğum haqqında şəhadətnamə və 2014-cü ildən əvvəl Ukrayna dövləti tərəfindən xaricə səyahət üçün verilmiş vətəndaş pasportu Ukrayna ərazisinə daxil olurlar”, – məlumatda deyilir.

Yeni pasport almaq üçün gələn vətəndaşların əksəriyyəti sənədi rəsmiləşdirdikdən sonra Ukraynanın ali təhsil müəssisələrinə daxil olmağı planlaşdırır.

//Samir Qurbanov, Editor.az