Gənc oğlan qardaşını arvadının yanında təhqir edən dostunu cəzalandırdı — Şok təfərrüatbackend

Gənc oğlan qardaşını arvadının yanında təhqir edən dostunu cəzalandırdı — Şok təfərrüat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhərində 1987-ci il təvəllüdlü Vüsal şəxsi münasibətlər zəminində Rəşadı bıçaqlayıb.

Hadisə 23 iyun 2021-ci ildə, saat 23 radələrində baş verib.

Vüsal Gəncə şəhəri Atabəylər prospektində yerləşən “Çinarlı” adlanan kafenin yaxınlığında əvvəlcədən Rəşad ilə vədələşərək görüşüb, orada onunla mübahisə edib. Mübahisə zamanı Rəşadın kürək nahiyyəsindən bıçaqla vurub.

İstintaq orqanı tərəfindən Vüsalın barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Samux rayonunun Tatlı kəndində təzə inşa etdirdiyi fərdi yaşayış evində arvadı Ülviyyə, azyaşlı övladları Elşad və Yeganə ilə birlikdə yaşayır: “Əvvəllər məhkum olunmamışam. Rəsmi olaraq heç bir yerdə işləməsəm də, yaşadığım kənddə əkin sahələrinin 1 ha ərazisini 20 manata sulayaraq ailəmi dolandıram. Samux rayonunun Ağasbəyli kəndində yaşayan Rəşadı təxminən 6 ildir tanıyıram. Onunla əvvəllər heç bir düşmənçiliyim və yaxud da ədavətim olmayıb . Rəşad qardaşım Seymur ilə dostdur, münasibətləri normal olub”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, iyunun 23-də, saat 22 radələrində yaşadığı küçənin aşağı hissəsində yerləşən həmkəndlisi Altaya məxsus mağazadan siqaret alıb və küçəyə çıxıb: “Həmin vaxt qardaşım Seymur avtomobilini idarə edərək yanıma gəldi. Seymurun dilxor olduğunu hiss etdiyim üçün ondan nə baş verdiyini soruşdum. Seymur az öncə arvadı Aynur ilə avtomobilində olan zaman Rəşadın idarə etdiyi avtomobilini onun avtomobilinin bərabərliyində saxlayaraq ona “ay cındır nətərsən” dediyini, buna görə də, mobil telefonu ilə Rəşada zəng edərək iradlarını bildirdiyini söylədi. Bu sözü eşidəndən sonra Seymurla birlikdə sonuncunun avtomobili ilə Çinarlı adlanan kafenin yanına getdik. Avtomobildən yerə düşən kimi Rəşada tərəf getdim. Sonuncuya “ay Rəşad utanmırsanmı sən qardaşıma ailəsinin yanında cındır deyirsən” sözlərini dedim. Rəşad mənə “sən yuyulmamış çömçə kimi araya girirsən, mən zarafat  etmişəm, söhbəti niyə davaya çevirirsən?!” sözlərini dedi. Həmin vaxt Rəşad ilə aramızda mübahisə yarandı. Mübahisə zamanı Rəşad əlləri ilə məni arxaya itəliyərək üstünə gəlməməyimi bildirdi. Mən də vaxt itirmədən özümdə olan bıçaqla Rəşadın sağ kürək nahiyəsinə bir dəfə zərbə ilə vurdum. Sonra Rəşadın yanında olan Əli və qardaşım Seymur bizi araladılar. Sonra qardaşım Seymur qolumdan tutaraq avtomobilinə əyləşdirdi. Məni yaşadığım evə apardı”.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüsal 6 il müddətinə azadlıqdan məhrum edilib.

Demokrat.az