Türkiyədə iddiaya görə, 33 yaşlı G.E. adlı qadın “sevgilini aldatdığı” əsas gətirərək zorla bir evə aparılıb və qollarını qandallanaraq saatlarla işgəncə verilib.
News24.az xəbər verir ki, hadisə zamanı n*rkotikin təsiri altında olduğu iddia edilən C.Ü. (30), E.U (22), G.D (27) və N.K (17) adlı şübhəlilər G.E-nin bədəninə siqaret basıb, qayçı ilə damğalayıblar.
Narkotikin təsiri altında huşunu itirən şəxslərdən qaçan G.E polisə sığınıb. şikayət ərizəsi verib. Xəbər üzərinə hərəkətə keçən Təhlükəsizlik Müdirliyi qrupları evə basqın edərək huşunu itirmiş şübhəliləri nəzarətə götürüb.
“İşgəncə”, “azadlıqdan məhrum etmə” və “hədə-qorxu ilə tələb etmə” ittihamları ilə məhkəməyə sövq edilən üçü qadın olmaqla 4 nəfər tutularaq həbsxanaya göndərilib.