Gənc qız Tehran küçələrində başı açıq balet rəqsi etdi – VİDEObackend

Gənc qız Tehran küçələrində başı açıq balet rəqsi etdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda qadınların geyim azadlığı ilə bağlı mədəni etirazları davam edir.

AzVision.az “Azad İran” telegram kanalına istinadən xəbər verir bu dəfə sosial şəbəkələrdə Tehrandan video yayılıb. Görüntülərdə Tehran küçələrində gənc bir qızın möhtəşəm balet rəqsi nümayiş etdirməsi əks olunub.

Qeyd edək ki, ötən ilin sentyabr ayından Məhsa Əmini faciəsindən sonra İranı kütləvi iğtişaşlar və aksiyalar dalğası bürüyüb. İnsanlar azadlıq, qadınlar tapdalanan hüquqlarının bərpasını tələb edirlər. Bir neçə aydır ki, İranda qadınlar rejimin sərt qayda-qanunları və hicabla bağlı tələblərinə müxtəlif formada etirazlar edirlər.

Onlar hicablarını çıxararaq ictimai yerlərdə foto və video çəkdirirlər.

 

Instagram