Gəncə avtomobil zavodu Türkiyəyə elektrobus satacaqbackend

Gəncə avtomobil zavodu Türkiyəyə elektrobus satacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın vaxtlarda Türkiyə Respublikasının böyük şəhərlərindən biri ilə Gəncə avtomobil zavodunun yığdığı elektrobusların satışı ilə bağlı razılığa gəlinməsi nəzərdə tutulur.

Editor.az xəbər verir ki, bu barədə Trend-ə Gəncə avtomobil zavodu İstehsalat Birliyi Müşahidə Şurasının Sədri Xanlar Fətiyev verib.

Onun sözlərinə görə, artıq şəhər rəhbərliyi ilə Gəncə avtomobil zavodunun nümayəndələri arasında ilkin danışıqlar yekunlaşdırılıb.

“Bu gün bütün dünyada həm ekoloji baxımdan, həm də yanacağa qənaət baxımından çox sərfəli olan elektrobuslardan istifadəyə başlanılmışdır. Gəncədə yığılan, 83 sərnişinin daşınmasını reallaşdıra biləcək elektrobuslar 26 oturacaqla, kondensionerlə, həmçinin məlumat monitoru və video nəzarət sistemi ilə təmin olunub. 60 kilometr/saat sürətlə hərəkət edə biləcək elektrobusun akkumulyatoru şəhər rejimində RGZP/G/300KW 600V-EN doldurma stansiyası tərəfindən 6 dəqiqə ərzində tam doldurulur və enerji bərpa olunur. Bu avtobuslar həm dizayn baxımından, həm də ətraf mühitin yanacağın kirli tullantılarından qorunması kimi vacib ekoloji baxımından çox sərfəli və əhəmiyyətlidir. 2019-cu ildən Gəncədə müasir dizayna malik “E-321″ markalı elektrobuslarının yığımına başlanmışdır” deyə Xanlar Fətiyev əlavə edib.