Gəncə Dövlət Universitetində “Qərbi Azərbaycana böyük qayıdış konsepsiyası” mövzusunda tədbir keçirilibbackend

Gəncə Dövlət Universitetində “Qərbi Azərbaycana böyük qayıdış konsepsiyası” mövzusunda tədbir keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə Dövlət Universitetinin (GDU) Filologiya fakültəsində “Qərbi Azərbaycana böyük qayıdış konsepsiyası” mövzusunda tədbir keçirilib.

Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Qərbi Azərbaycanla bağlı videoçarx nümayiş olunub.

Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva çıxış edərək Azərbaycan torpaqlarında Ermənistanın uzun illər ərzində həyata keçirdiyi etnik təmizləmə, soyqırımı və deportasiya siyasəti barədə danışıb. Prorektor Qərbi Azərbaycan İcması və Qayıdış Konsepsiyası haqqında söhbət açıb. Diqqətə çatdırıb ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Qərbi Azərbaycana qayıdışın da əsasını yaradıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, mahir sərkərdəlik bacarığı sayəsində 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun düşmən üzərindəki möhtəşəm Qələbəsi, Azərbaycanın suverenliyinin tam bərpa edilməsi və ölkə başçısının Xankəndi və digər ərazilərimizdə bayrağımızı ucaltması dövlətimizin gücünü və xalqımızın məğrurluğunu bütün dünyaya bir daha nümayiş etdirdi. Düşmən üzərindəki davamlı qələbələrimiz vaxtı ilə öz əzəli yurdlarından didərgin düşən bütün Qərbi azərbaycanlıların doğma ellərinə qayıdışına inamını daha da artırıb.

Qərbi Azərbaycan İcmasının Gəncə şəhəri üzrə nümayəndəsi, GDU-nun professoru Mübariz Yusifov mövzu ilə bağlı fikirlərini bölüşüb, bu sahədə görülən işlər və perspektivlər haqqında söhbət açıblar.

Tədbirdə Tarix-coğrafiya fakültəsinin əməkdaşı Arifə Əhmədli tarixə nəzər salaraq, Ermənistanın Qərbi Azərbaycanda həyata keçirdiyi deportasiya siyasətindən və ermənilərin soydaşlarımıza qarşı törədikləri vandalizm aktlarından bəhs edib.