Gəncə gəncləri pandemiyaya qarşı maarifləndirmə işləri aparıblarbackend

Gəncə gəncləri pandemiyaya qarşı maarifləndirmə işləri aparıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncədə bir qrup gənc tərəfindən koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə əhali arasında maarifləndirmə aksiyası həyata keçiriblər. Aksiya Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə reallaşıb.

YAZTV bildirir ki, tədbirdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin könüllüləri və Tələbə Gənclər Təşkişatlarının fəal gəncləri iştirak ediblər. Onlar şəhərin mərkəzində, əhalinin sıx toplaşdığı ərazilərdə tibbi maskalar və Baş İdarənin sifarişi əsasında hazırlanan əyani maarifləndirici vəsaitlər (bukletlər) paylayıblar.

Xatırladaq ki, COVİD-19 infeksiyasının yayıldığı ilk dövrlərdən başlayaraq Prezident İlham Əliyev tərəfindən qabaqlayıcı tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verilib. Bunun da nəticəsi olaraq Azərbaycan ilk vaksinlə təchiz olunan və MDB məkanında əhalinin sayının nisbətinə görə vaksinasiya olunan ölkələr sırasındadır.