Gəncə gəncləri “Qarabağ Azərbaycandır” dedi -FOTOLARbackend

Gəncə gəncləri “Qarabağ Azərbaycandır” dedi –FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İslahatçı Gənclər” İctimai Birliyinin (İGİB) nümayəndə heyəti Vətən müharibəsindəki qələbəmizin birinci ildönümü münasibəti ilə həyata keçirdiyi “Zəfər görüşləri” layihəsi çərçivəsində Gəncə şəhərində səfərdə olub.

Səfər çərçivəsində İGİB heyəti Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncə Gənclər Evinin rəhbərliyi ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət edərək qəhrəman şəhidlərimizin ruhuna dualar oxuyub.

Daha sonra Gəncə Gənclər Evində “Zəfər görüşləri” adlı konfrans keçirilib. Konfransda Gəncə Gənclər Evinin direktoru Amil Qurbanov, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi  rəsmisi Rəşad Əlizadə, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı,  Azxeber.com informasiya portalının baş redaktoru Hacıbəy Heydərli, politoloq Əhməd Şahidov və digər fəallar iştirak edib. Konfransda Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı keçdiyi yola nəzər salınıb. Çıxış edən natiqlər bildiriblər ki, Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxındır işğal altında olan torpaqlarımızı 44 günə işğaldan azad edərək tarixi ədaləti bərpa edib. Çıxışçılar bildiriblər ki,  Azərbaycan gəncləri Vətən müharibəsi sınağından üzü ağ çıxıblar. Gənclərimiz həm ön cəbhədə əsgər kimi, həm də arxa cəbhədə informasiya savaşının döyüşçüsü kimi  torpaqlarımızın işğaldan azad edilməsi prosesində ön sıralarda qərar tutublar. Qeyd olunub ki, müharibə hərbi müstəvidə bitsə də, informasiya mübarizəsi cəbhəsində hələ də davam etməkdədir. Natiqlər bildiriblər ki, düşmən hər ötən gün informasiya sahəsində yeni təxribatlara və provakasiyalara əl atmaqdadır. Qeyd olunub ki, gənclər müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərinin,  işğaldan azad olunmuş Qarabağda görülən sürətli abadlıq-quruculuq işlərinin təbliği, eyni zamanda düşmənin informasiya təxribatlarının qarşısının alınması üçün daha ciddi və profesional şəkildə çalışmalıdırlar.  Konfransda çıxış edən digər natiqlər də bu istiqamətdə görüləcək işlər və həyata keçirilməli olan strategiyalar ətrafında fikirlərini, təkliflərini bölüşüblər.

Konfransın sonunda ekspertlər və Gəncə gəncləri birlikdə “Qarabağ Azərbaycandır” deyərək 8 noyabr-Zəfər gününü təbrik ediblər.