Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə U-15 Avropa çempionatında sərbəst güləşçilərin mübarizəsində uğurlu nəticə əldə etmiş Gəncə güləş məktəbinin yetirmələrinin qarşılanma mərasimi təşkil olunub.
Editor.az xəbər verir ki, uğurlu nəticə əldə edərək vətənə qayıdan idmançılarımızın qarşılanma mərasimində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və şəhərin idman ictimaiyyətinin nümayəndələri iştirak edərək idmançılarımızı Avropa çempionu adı qazanmaları münasibətilə təbrik etmiş və onlara gələcək yarışlarda uğurlar arzulamışlar.
Qeyd edək ki, U-15 Avropa çempionatında Gəncə güləş məktəbinin yetirmələri, Məhərrəm Rzayev (38 kq) və Rəvan Rəhimli (48 kq) çəki dərəcələrində 1-ci yerə çıxaraq Avropa çempionu adını qazanmışlar, Həsən Həsənov isə (44 kq) çəki dərəcəsində 2-ci yerə layiq görülmüşdür.

//Editor.az

