Gəncə sakinlərindən silah və narkotik aşkarlanıb -FOTObackend

Gəncə sakinlərindən silah və narkotik aşkarlanıb -FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Arif Fərəcov saxlanılıb. Şübhəli şəxsin yaşadığı evə baxış keçirilən zaman 1 ədəd “Makarov” tipli tapança, həmin tapançaya aid bir ədəd sandıqca və 5 ədəd 9 mm-lik patron aşkar edilərək götürülüb. Aşkar edilən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib. Baş İdarənin 2-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər sakini İbrahim Fuladi saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman isə 1 ədəd “Kalaşnikov” markalı avtomat, həmin silaha aid 1 ədəd daraq və 25 ədəd 7.62 mm-lik patron aşkar edilərək götürülüb. Həmin silahın hər hansı bir cinayətdə istifadə edilib-edilməməsini müəyyən etmək üçün aidiyyəti ekspertizaya göndərilib.

Editor.az-ın yerli bürosunun verdiyi məlumata görə, Baş İdarənin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış təbdirləi nəticəsində isə qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən İrakli Feyzullayevdən çəkisi 2 kq-dan çox narkotik vasitə olan “marixuana” aşkar edilib. Götürülən maddi sübutlar ekspertizaya göndərilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.

//İlham, Editor.az