Görüşdə çıxış edən deputatlığa namizəd Naqif Həmzəyev əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı danışıb. O, qeyd edib ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin uzaqgörən, prinsipial və milli maraqlara əsaslanan siyasəti nəticəsində dövlətimiz və xalqımız qarşıya qoyduğu müqəddəs vəzifələrin yerinə yetirilməsinə – ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunmasına nail olub.
Görüş iştirakçılarından Mehman Rzayev, Orxan Əhmədov, Nəzakət İsmayılzadə, Eldar Mehdiyev və başqaları uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Görüş Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.
Qeyd edək ki, deputatlığa namizəd Naqif Həmzəyev seçiciləri ilə fərdi görüşlər də keçirib.
https://youtu.be/oUGqs3Kxy24?si=Zr2doYiHni6gRCud