Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən bir sıra idmançılar təltif olunubbackend

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən bir sıra idmançılar təltif olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və MMA, Pankration, Grappling Federasiyasının təşkilatçılığı ilə 26-27 iyun 2021-ci il tarixdə MMA, Pankration və Grappling üzrə Bakı şəhərində yeniyetmələr arasında keçirilmiş Respublika birinciliyində uğurlu nəticələr əldə etmiş bir sıra idmançılara və onların məşqçilərinə təltifetmə mərasimi təşkil edilmişdir.

Editor.az xəbər verir ki, MMA, Pankration ve Grappling idman növlərində Respublika birinciliyində 1-ci, 2-ci və 3-cü yeri tutmuş şəhərimizin idmançıları və onların məşqçiləri Baş İdarəyə dəvət olunublar və fəxri diplomlarla təltif edilmişdirlər.

Təltifetmə mərasimində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov çıxış edərək yeniyetmə və gənc idmançıları Respublika birinciliyində qazandıqları qələbələr münasibətilə təbrik etmiş, idmançıların Baş İdarə tərəfindən daima diqqət mərkəzində saxlanıldığını, hər zaman idmançılara dəstək olmağa çalışdıqlarını bildirmiş və hər birinə növbəti yarışlarda uğurlar arzulamışdır. Təltifetmə mərasimi Kütləvi İnformasiya Vasitələrindən Kəpəz tv-nin iştirakı ilə keçirilmişdir.

//Gülnarə Abasova, Editor.az