Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən növbəti təltifetmə mərasimi təşkil olunub-FOTOLARbackend

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən növbəti təltifetmə mərasimi təşkil olunub-FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən növbəti təltifetmə mərasimi təşkil olunub.

Beynəlxalq və Respublika yarışlarında uğurlu nəticələr əldə etmiş idmançılar və məşqçilər Baş İdarəyə dəvət olunaraq təltif olunublar.

Təltifetmə mərasimində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov çıxış edərək idmançıları təbrik etmiş və gələcək yarışlarda onlara uğurlar arzulamış və şəhərimizin bütün idmançılarının Baş İdarə tərəfindən daima diqqət mərkəzində saxlanıldığını, hər zaman idmançılara dəstək olmağa çalışdıqlarını bildirib.

Qeyd edək ki, Muay-Tay idman növü üzrə uşaq, yeniyetmələr və gənclər arasında Respublika birinciliyində, Boks idman növü üzrə yeniyetmələr arasında Respublika birinciliyində, U-18 Cüdo idman növü üzrə Beynəlxalq turnirdə, Ağır atletika idman növü üzrə yeniyetmələr arasına Respublika birinciliyində, Badminton idman növü üzrə Azərbaycan birinciliyində, Boks idman növü üzrə Respublika birinciliyində, Yunan-roma və sərbəst güləş idman növləri üzrə U-17 Respublika birinciliyində, Strongmen idman növü üzrə Azərbaycan çempionatında, Cüdo idman növü üzrə Azərbaycan çempionatında, Taekvando idman növü üzrə Respublika birinciliyində və Kross qaçışı üzrə Azərbaycan çempionatında uğurlu çıxış etmiş idmançılar və onların məşqçi-müəllimləri Baş İdarə tərəfindən Fəxri diplom və təşəkkürnamələrlə təltif edilmişlər. Sonda kollektivlə xatirə şəkli çəkdirilib.