30.05.2022-ci il tarixdə Heydər Əliyev Park-Kompleksində yerləşən Amfiteatrda Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı, Gəncədə fəaliyyət göstərən fiziki-tərbiyə müəllimlərinin təşəbbüsü və Fərəh İctimai Birliyinin dəstəyi ilə Şəhid övladları və fiziki məhdudiyyətli uşaqlar üçün “ŞƏN STARTLAR” əyləncəli tədbir keçirilmişdir.
Tədbir ilk öncə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmış və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov giriş nitqi ilə çıxış edərək, Vətən uğrunda canlarını qurban vermiş Şəhidlərimiz sayəsində ərazi bütövlüyümüzün bərpa olunmasından danışmış və onların yadigarı olan uşaqlar üçün belə tədbirlərin keçirilməsinin hər birimizin borcu olduğunu qeyd etmişdir. Tədbirin sonunda qaliblər və fəal iştirakçılar Baş İdarənin müvafiq diplom, təşəkkürnamələri ilə təltif edilmiş və uşaqlara hədiyyələr təqdim olunmuşdur.
Qeyd edək ki, Şəhid övladlarının və fiziki məhdudiyyətli uşaqların da qatıldığı bu tədbirdə yarış, rəqabət, əyləncə, istirahət və sevinc – hamısı bir yerdə tədbir iştirakçıları tərəfindən yaşanmışdır.

//Editor.az

