Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən Tələbə- Sağlamlıq Spartakiadası davam edirbackend

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən Tələbə- Sağlamlıq Spartakiadası davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən Tələbə- Sağlamlıq Spartakiadası davam edir. Universitetlər, Kolleclər, Peşə məktəbləri və Peşə liseylərin tələbələri arasında Tələbə və Sağlamlıq Spartakiadasında stolüstü tennis yarışına start verilib.

Editor.az xəbər vərir ki, baş İdarə rəisi Həmid Nəsirov yekun yarışda iştirak edərək iştirakçılara uğurlar arzulayıb. 3 Universitetin və 1 Kollecin komandalarının iştirak etdiyi yarışda Gəncə Dövlət Universitetinin komandası 1-ci yerə , Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin komandası 2-ci yerə, Azərbaycan texnologiya Universitetinin komandası isə 3-cü yerə layiq görülüb. Peşə məktəbləri və Peşə liseyləri arasında yarışda isə 2 saylı Peşə Liseyinin komandası 1-ci yerə, 2 saylı Peşə Məktəbinin komandası 2-ci yerə, 3 saylı Peşə Məktəbinin komandası isə 3-cü yerə layiq görülüb.