“Gəncə terroru XXI əsrin Xocalı faciəsi kimi qiymətləndirilməlidir”- Millət vəkili həmin dəhşətli gecədən DANIŞDIbackend

“Gəncə terroru XXI əsrin Xocalı faciəsi kimi qiymətləndirilməlidir”- Millət vəkili həmin dəhşətli gecədən DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə həm ön cəbhədə, həm də arxa cəbhədə xeyli şəhid vermiş oldu.  Ermənistanın Gəncədə törədiyi terror nəticəsində sivil insanlar həyatını itirib, dəfələrlə raket atəşinə məruz qalmış şəhərdə yaşayış binaları, avtomobillər, parklar dağıdılıb. Çox təəssüflər olsun ki, terrordan 2 il keçməsinə baxmayaraq həmişəki kimi Qərb Ermənistanın müharibə cinayətlərinə hələ də susur. Bu cinayəti törədənlərdən bir nəfər belə cəzasını almayıb. Hesab edirəm ki, Gəncə terroru XXI əsrin Xocalı faciəsi kimi qiymətləndirilməlidir.  Bununla bağlı müxtəlif dövlət tərəfindən müxtəlif beynəlxalq təşkilatlara,  qurumlara müraciətlər olunub. Ancaq biz yenə də susmamalı, haqqımızı tələb etməliyik. Bu beynəlxalq cinayətdə əli olan hər kəs cəzasını çəkməlidir”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məcisin deputatı Müşfiq Cəfərov deyib.

Müşfiq Cəfərov iki il bundan əvvəl oktyabrın 11-i  Gəncədə baş verənləri xatırladıqda dəhşətə gəldiyini söyləyib:

” Nə baş verdiyini anlamaq mümkün deyildi. Gecə saatlarında atılan raketin qorxusuna baxmayaraq dinc əhali qəti şəkildə şəhəri tərk etmək istəmədi. Şəhərdə raketlərin altında həyat öz axarı ilə davam edirdi. Hətta əksər  yerli və türk televiziya kanalları da Gəncədə idi. Jurnalistlər bu qanlı faciəni öz canları bahasına da olsa dünyaya işıqlandırmaqda davam edirdilər. Gəncədəki erməni vəhşilliyini dünyaya çatdıran, haqq səsimizi duyuran hərkəsə təşəkkür edirəm. Biz yenə də bu vəhşilikləri dünya ictimaiyyətinə çatdırmaq uğrunda informasiya savaşımızı davam etdirməliyik”.

//Gülnarə Abasova, Editor.az