Gəncədə 2 aylıq körpə qız uşağı 2 saylı Birləşmiş Uşaq Xəstəxanasına “Körpələr Evinin” əməkdaşları tərəfindən gətirilib.
Xəstəxandan Publika.az-a verilən məlumata görə, körpə müayinədən keçib və hazırda vəziyyəti normaldır:
“O, suni qida alır, hər hansı bir xəstəliyi aşkarlanmayıb. Onun çəkisi 4 kiloqramdan artıqdır, boyu isə 58 santimetrdir. Körpənin “Uşaq Evinə” kimin təhvil verdiyi barədə isə məlumatımız yoxdur” – deyə xəstəxanadan bildirib.
Məlum olub ki, ana qız uşağını körpələr evinə verib.
xxx
Gəncə şəhərində 2 aylıq uşaq küçəyə atılıb.
Editor.azın yerli bürosunun verdiyi məlumata görə, qız uşağı olan körpəni tanımadığı şəxslər tapıb və 2 saylı Birləşmiş Uşaq Xəstəxanasına yerləşdirilib.
Körpə müayinə olunub və hazırda vəziyyəti normaldır. Körpə suni qida alır, hər hansı bir xəstəliyi yoxdur. Körpənin çəkisi 4 kq-dan artıqdır, boyu 58 sm dir.


