Gəncədə ana doğuşdan sonra öldübackend

Gəncədə ana doğuşdan sonra öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncədə ana doğuşdan sonra ölüb. Editor.az-ın yerli bürosunun verdiyi məlumata görə, 37 yaşlı Şəmkir rayon s Mahmudlu kənd sakini 37 yaşlı K.Daşdəmirova iyunun 18-də doğuş üçün mərkəzə gətirilib. Ana qeysəriyyə əməliyyatı ilə oğlan uşağı dünyaya gətirib. Doğuşdan 2 gün sonra qadının halı qəfil pisləşib. 37 yaşlı qadına göstərilən tibbi yardımlara baxmayaraq bu gün dünyasını dəyişib.Körpənin vəziyyətinin normal olduğu bildirilir.

Qeyd edək ki, bu qadının ikinci doğuşu olub.Ölümün baş vermə səbəbləri araşdırılır. Məlumat üçün bildirək ki, qadın Gəncə şəhər Birləşmiş Xəstəxanasında həyatını itirib.

Facebook Notice for EU! You need to login to view and post FB Comments!