Gəncədə ardıcıl partlayış səsləri eşidildi: Səbəb bu imişbackend

Gəncədə ardıcıl partlayış səsləri eşidildi: Səbəb bu imiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Gəncə şəhərində bir neçə dəfə partlayış səsləri eşidilib. Şəhər sakinləri redaksiyamıza yazaraq situasiyadan məlumatsız olduqlarına görə narahatlıqlarını bildiriblər.

Hüquq-mühafizə orqanlarından  verilən məlumata görə, bu gün Gəncə şəhəri kənarında yerləşən boş sahədə istifadəyə yararsız olan sursatların utilizasiyası prosesi keçirilir:

“Buna görə də həmin tullantılar təhlükəsiz şəkildə partladılaraq məhv edilib. Vətəndaşların nigaran olmasına heç bir səbəb yoxdur”.

milli.az