Gəncədə gördüklərimiz müharibə cinayətidir – Fransalı vəkilbackend

Gəncədə gördüklərimiz müharibə cinayətidir – Fransalı vəkil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biz buraya Azərbaycanın Fransadakı Səfirliyinin dəvəti ilə gəlmişik. Burada gördüklərimizi müharibə cinayyətləri kimi qiymətləndiririk.

Bunu fransalı hüquqşünas Yassine Yakout Gəncəyə səfəri çərçivəsində Vətən müharibəsi günlərində ermənilərin raket zərbəsi endirdiyi mülki ərazilərlə tanış olarkən deyib.

Onun sözlərinə görə, buraya səfər etməkdə əsas məqsəd tam tədqiqat apararaq real vəziyyəti öyrənməkdir: “Bütün proseslərə sonra tam qiymət verəcəyik. Bizi təəccübləndirən odur ki, Gəncə həqiqətən də müharibə zonasından uzaqda yerləşən bir şəhərdir və nəyə görə mülki vətəndaşlar, eləcə də obyektlər hədəfə alınıb?! Əminliklə deyə bilərəm ki, gördüklərimiz nəticə etibarı ilə bu müharibə cinayyətidir. Biz vəkillər kimi öz tərəfimizdən maksimum çalışacağıq ki, Gəncə əhalisinə bu məsələdə kömək edək”.