Gəncədə “Heydər Əliyev İli” çərçivəsində sərbəst güləş idman növü üzrə birincilik təşkil edilibbackend

Gəncədə “Heydər Əliyev İli” çərçivəsində sərbəst güləş idman növü üzrə birincilik təşkil edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gənclər və İdman Nazirliyi tərəfindən elan olunmuş 27 fevral – 05 mart “idman həftəsi” münasibətilə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin və Baş İdarə nəzdində Uşaq Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərbəst güləş idman növü üzrə 2008-2009, 2010-2011, 2012-2013-cü il təvəllüdlü yeniyetmələr arasında Gəncə şəhər birinciliyi keçirilmişdir.

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov tədbirdə çıxış edərək, yarış iştirakçılarını salamlamış və onlara uğurlar arzulamışdır.

Birincilikdə 110 yeniyetmə mübarizə aparıb. Qaliblər Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplomla mükafatlandırılmışlar.