Gəncədə “Heydər Əliyev müasir gənclər siyasətinin banisidir” adlı tədbir keçirilibbackend

Gəncədə “Heydər Əliyev müasir gənclər siyasətinin banisidir” adlı tədbir keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Gəncə Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Heydər Əliyev müasir gənclər siyasətinin banisidir” adlı tədbir keçirilib.

Tədbirin açılış mərasimi Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik süqutla yad esilmişdir. Daha sonra Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri Rəşad Əlizadə, Gəncə Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova və Mərkəzin nümayəndəsi Gülər Ellazova çıxış edərək, Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığından bəhs etmişlər, cəmiyyətin gələcəyinin gənclər olduğunu hamıdan yaxşı anlayan və bunun həyata keçirilməsi üçün lazımi tədbirləri görən yeganə bir insan Heydər Əliyev olduğunu diqqətə çatdırmışlar.Tədbir Heydər Əliyev Mərkəzinin bələdçiləri tərəfindən gənclərə Heydər Əliyev Mərkəzində ekskursiya təşkil olunması ilə davam edib.

Həmçinin tədbirdə gənclərə Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən sənədli film təqdim olunmuşdur. Sonda Ulu Öndər Heydər Əliyevin abidəsi önündə kollektiv xatirə şəkli çəkdirilib.