Gəncədə ictimai nəqliyyatda cibgirlikdə şübhəli bilinən şəxs ƏLƏ KEÇDİbackend

Gəncədə ictimai nəqliyyatda cibgirlikdə şübhəli bilinən şəxs ƏLƏ KEÇDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncədə ictimai nəqliyyatda cibgirlik edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar ayında şəhər ərazisində sərnişinlərin sıx olduğu vaxtlarda şəhərdaxili avtobuslarda cibgirlik etməkdə şübhəli bilinən Mətləb İsmayıllı saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, şübhəli şəxs avtobusdakı sərnişinin cibindən 600 manat nağd pulu oğurlayaraq ələ keçirib.

M.İsmayıllının digər analoji cinayətlər törətməsi istisna edilmədiyindən faktla bağlı zəruri istintaq tədbirləri davam etdirilir.