Gəncədə itlərin güllələnməsi ilə bağlı polis araşdırmalara başladıbackend

Gəncədə itlərin güllələnməsi ilə bağlı polis araşdırmalara başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhərində sahibsiz itlərin güllələnməsi ilə bağlı məsələ nəzarətə götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

O bildirib ki, faktla bağlı araşdırmalar başlanılıb.

“Məsələ nəzarətə götürülüb, araşdırma aparılır, tezliklə araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək”, – deyə E.Qasımov qeyd edib.