Gəncədə kollec müəlliminin qətlə yetirilməsi faktı ilə bağlı cinayət işi başlanıbbackend

Gəncədə kollec müəlliminin qətlə yetirilməsi faktı ilə bağlı cinayət işi başlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncədə müəllimin mənzilində qətlə yetirilməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Editor.az APA-ya istinadən bildirir ki, E. Qurbanov küçəsində yaşayan Dəmirov Yusif Fərhad oğlunun mənzilində öldürülməsi faktı ilə bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci(qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq tədbirləri həyata keçirilir.

Hadisəni törədən şəxs və şəxslərin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, qətlə yetirilən şəxs Gəncə Tibb Kollecinin “Azərbaycan tarixi” müəllimi idi.