Gəncədə mədəkiçiltmə əməliyyatı olunan şəxs ölüb.
Sentyabrın 21-də Gəncə şəhərindəki özəl klinikaların birində mədəkiçiltmə əməliyyatı keçirən və həmin klinikada müalicə alan, Gəncə şəhər sakini 1993-cü il təvəllüdlü G.Bayramova sentyabrın 28-i ölüb.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.