Gəncədə məktəblinin bıçaqlandığı davanın TƏFƏRRÜATI – VİDEObackend

Gəncədə məktəblinin bıçaqlandığı davanın TƏFƏRRÜATI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə qətlə yetirilib.

Raulun uşaqlıq dostları, sinif yoldaşları mərhum haqqında Bizim.media-nın yerli bürosuna danışıblar.

Onlar Raulun dava-dalaşdan uzaq biri olduğunu bildiriblər. Sinif yoldaşları tərəflər arasında davanın hansı səbəbdən baş verdiyi məsələsinə də aydınlıq gətiriblər. Onlar bildiriblər ki, mübahisə çiyin vurmaq üstündə olub.

Qeyd edək ki, qətli törətməkdə şübhəli bilinən Fərid Şabanov saxlanılaraq, istintaqa cəlb olunub.

Daha ətraflı videoreportajda: