Gəncədə oğlanlar və qızlar arasında Voleybol idman növü üzrə şəhər birinciliyi keçirilib-FOTOLARbackend

Gəncədə oğlanlar və qızlar arasında Voleybol idman növü üzrə şəhər birinciliyi keçirilib-FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

24.04.2022-ci il tarixdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş Şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş oğlanlar və qızlar arasında Voleybol idman növü üzrə şəhər birinciliyi keçirilib.

Birinciliyin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirildikdən sonra Vətən uğrunda canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, 1 və 2 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəblərinin direktorları Ramil Qasımov və Asif Həsənov çıxış edərək, qəhrəman Şəhidlərimizə Allahdan rəhmət diləmiş onların qəhrəmanlıqlarından bəhs etmişlər, yarış iştirakçılarına ugurlar arzulamışlar və belə voleybol yarışlarının keçirilməsinin bu idman növünün inkişafına böyük töhfə verdiyini diqqətə çatdırmışlar. Yarışda oğlanlardan ibarət 4 komanda , qızlardan ibarət isə 5 komanda iştirak edib.

Oğlanlar arasında 1-ci yerə Kəpəz komandası, 2-ci yerə Nizami komandası, 3-cü yerə isə Mahrasa bağı komandası layiq görülmüşdür. Qızlar arasında 1-ci yerə Şuşa komandası, 2-ci yerə Yeni Gəncə komandası, 3-cü yerə isə 32 nömrəli tam orta məktəbin komandası layiq görülmüşdür. Sonda qaliblər Baş İdarə tərəfindən diplomlarla mükafatlandırılıb.