Gəncədə qonşular arasında ölümlə nəticələnən kütləvi davanın bəzi təfərrüatları aydın olub – FOTObackend

Gəncədə qonşular arasında ölümlə nəticələnən kütləvi davanın bəzi təfərrüatları aydın olub – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qonşular arasında dava gecə saatlarında Gəncənin Səməd Vurğun küçəsində baş verib. İnsident zamanı 27 yaşlı Orxan Nağıyev “VAZ 21 07” markalı avtomobillə 65 yaşlı Səlminaz Bağırovanı və 70 yaşlı Alim Məmmədovu vurub. Editor.az-ın yerli bürosunun verdiyi məlumata görə, nəticə etibarı ilə Alim Məmmədov xəstəxanada keçinib. İlkin məlumata görə, Orxan Nağıyev qonşusu Vaqif Tağıyevin həyat yoldaşı Rəsmiyə Əfəndiyevanı vurmaq istəyib. Lakin yaralanan və sonradan həyatını itirən şəxslər təsadüfən avtomobilin altında qalıb. Onu da bildirək ki, xəsarət alan Səlminaz Bağırova hadisəni törədən Orxan Nağıyevin qaynanası, dünyasını dəyişən isə davanın səsinə çıxan qonşusudur.

“Yoldaşım qıraqda durmuşdu. Maşın oradan nətər gəldisə yoldaşımı vurdu. Sürüyə-sürüyə gətirdi ora. Heçnə sakitcə biz orada durmuşduq. Qabaqca dost idilər. Bir-birlərinin evinə gedib-gəlirdilər. Sonradan dalaşdırlar”,- mərhumun həyat yoldaşı Firuzə Məmmədova bildirib.

Davanın səsinə çıxan İradə Abbasova isə bunları xatırlayır.

“Mən səs- küyə eşiyə çıxdım ki, maşın gəldi dayandı orada. Bir də baxdım ki, maşının altında bir adam. Uşaqları çağırdım maşını qaldırılar sürüyüb çıxardıq. Dedilər qolu qırılıb, qıçası qırılıb. Reanimasiyaya qaldırdılar orada da keçindi. Bir ay, iyirmi gün olar ki, dalaşırlar. Bu artıq 4-cü dəfədir”.

Baş verən mübahisənin dəqiq səbəbləri tam bilinməsə də onlar arasında bir aydan artıqdır mübahisə davam edib. Son insidentə qədər hətta narazılıq əlbəyaxa davayadək gedib çıxıb. Rəsmiyə Əfəndiyevanın iddiasına görə, Orxan Nağıyev avtomobillə onu öldürmək istəyib.

“Darvazanı təpiklədi qırdılar. Ondan sonra da 15 maşınmı,16 maşınmı yığılıb gediblər kürəkənimin qapısına. Orada qırğın salıb gəldilər burda da dava saldılar. Sonrada Orxan maşına oturdu oradan qaynanasını vurdu və kişini maşının altına aldı. Məni öldürmək istəyirdi o da araya qaynanası düşdü.”

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsi və Prokurorluğunda araşdırmalar davam etdirilir. Artıq bir nəfərin ölümünə və daha birinin yaralanmasına səbəb olan Orxan Nağıyev saxlanılıb.

//İlham, Editor.az